İstifadəsiz torpaqlarda mənzillər tikiləcək

İstifadəsiz torpaqlarda mənzillər tikiləcək

"Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün istifadəsiz torpaq sahələrinin 5%-nin dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair "Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

Sənəddə qeyd olunub ki, dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi nəticəsində layihələrin icra xərclərinin 10% azaldılması, seçilmiş sosial qrupa daxil olan ailələrin 10%-nin növbəti 10 ildə mənzillə təmin olunması, urbanizasiya probleminin azalması gözlənilir.

Bundan başqa, görüləcək tədbirlər nəticəsində bu günədək mənzillə təmin edilməmiş qaçqın və ya məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşması nəzərdə tutulur. 
 
Aktual.az 
Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR