Hindistanda davam edən anomal isti hava nəticəsində ölənlərin sayı 2200 nəfəri keçib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, anomal isti hava səbəbindən ən çox ölüm halları Andxra Pradeş ştatında qeydə alınıb –1636 nəfər. Telanqana ştatında 541 nəfər, Odişa ştatında 21, Qudjaratada 7, paytaxt Dehlidə isə 2 nəfər istilərin qurbanı olub. Rekord temperatur - 47,1 dərəcə Naqpur şəhərində (Maxaraştra ştatı) qeydə alınıb.
Sinoptiklər isti havanın həftənin sonunadək davam edəcəyini proqnozlaşdırıblar. Sabah bəzi yerlərdə qısamüddətli yağışların yağacağı gözlənilir.
Aktual.az