ABŞ-ın Kolumbiya Universitetinin stomatoloq mütəxəssisləri elm dünyasını heyrətə gətirən kəşflə çıxış ediblər. Araşdırmanın nəticəsinə görə artıq istənilən yaşda diş çıxarmaq mümkün olacaq. Protez və implant erası da beləcə keçmişdə qalacaq.
İmplant qoyulması mütəmadi həkim nəzarəti tələb edən olduqca ağrılı prosesdir. Professor Moa bildirib ki, artıq istənilən yaşda təbii yolla dişimiz çıxacaq!
Stomatologiyanın ən son uğuru zədəli və yonulmuş dişin işərisinə maddə doldurub, yeni sağlam diş yetişdirmək idisə, artıq elm 1 neçə addım da irəliləyib.
Bəs bu necə baş verir? İnsanın istənilən yaşda təbii yolla yenidən dişi çıxa bilərmi?
Universitetin professorları boş diş kökündə yenidən diş çıxa biləcəyini sübuta yetiriblər. Bu dünya tibb elmində böyük inqilabdır.
Ceremi Mao təbii materiallardan diş kökü şəkilində inkişaf edən karkas hazırlayıb. Bu təcrübə öncə heyvanlar üzərində aparılıb. Karkasın təbii tərkibi heyvanların diş boşluğu ilə təmasa keçib, yerini tutur və diş gərəkli ölçüyə qədər böyüyür. Artıq 9 həftədən sonra bu karkas yeni dişə çevrilir. Beləliklə 9 həftəyə yeni diş çıxarmış oluruq. //Publika.az
Aktual.az
Xəbər 919 dəfə oxunub.