Türkiyə Nazirlər Kabineti "Hərbi xidmət haqqında" qanuna dəyişiklik edib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 15 iyulda dövlət çevrilişinə cəhd zamanı həlak olanların uşaqları və qardaşları özləri istəməyəcəyi təqdirdə, hərbi xidmətə çağırılmayacaqlar.
Həmin şəxslərdən hazırda hərbi xidmətdə olanlar isə nə vaxt istəsələr, Silahlı Qüvvələrin sıralarından tərxis ediləcəklər.
Aktual.az
Xəbər 930 dəfə oxunub.