İstanbul polisi Atatürk hava limanında terror törətməkdə təqsirli bilinən iki nəfərin şəxsiyyətini müəyyənləşdirib.
Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, polis onları "Rəhim Bulqarov və Vadim Osmanovun pasportlarını saxlayan" adlandırır. Üçüncü terrorçunun şəxsiyyəti hazırda dəqiqləşdirilir.
Hadisədən öncə terrorçuların terrorun təşkili ilə bağlı vacib informasiyanın əks olunduğu noutbukun hard diskini məhv edərək atdıqları müəyyənləşdirilib.
Türkiyə KİV-ində öncə də terrorda təqsirli bilinənlərin Rusiya vətəndaşı olma ehtimalı ilə bağlı məlumatlar yayılmışdı. Əsasən, iki ad hallanırdı - Osman Vadinov və Əhməd Çatayev. Lakin bu informasiya təsdiqini tapmadı.
Xatırladaq ki, 28 iyunda İstanbulda baş vermiş terror hadisəsində 44 nəfər həlak olmuş, 239 nəfər isə yaralanmışdı.
İlkin məlumatlara görə, terror hadisəsinin arxasında İŞİD terror təşkilatı durur.