İstanbuldan gələn təyyarə gecikir

İstanbuldan gələn təyyarə gecikir

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 24-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Təyyarə yerli vaxtla İstanbuldan saat 06:10-da uçmalı idi.

Məlumata görə, Bakıdan saat 07:55-də uçmalı olan təyyarə saat 08:04-də havaya qalxıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, yanvarın 24-nə təyin edilmiş digər İstanbul-Bakı və Bakı-İstanbul reysləri cədvəl üzrə həyata keçiriləcək.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR