Türkiyə polisi İstanbulda törədilən terror aktından sonra ölkənin 5 şəhərində antiterror əməliyyatı keçirib.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, reydlər Ankara, Şanlıurfa, Mersin, Kilis və Adanada keçirilib.
Ümumilikdə, İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 59 nəfəri saxlanılıb. Ankarada 15-i Suriya vətəndaşı olmaqla 16 nəfər saxlanılıb. Onların deportasiya olunacağı gözlənilir. Digər şəhərlərdə saxlanılan türklərə terrorçuluq ittihamı irəli sürülüb.
Qeyd edək ki, ötən gün İstanbulun tarixi hissəsində terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.