Dünən İstanbulda polis mərkəzinə bombalı hücum təşkil edən şübhəli şəxs və 5 nəfər PKK-lı həbs edildi
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, türk polisinin keçirdiyi əməliyyat nəticəsində İstanbulda 3, Aksaray rayonunda isə 2 nəfər saxlanılıb.
Partlayışdan sonra yaxınlıqdakı təhlükəsizlik kamerlarının görüntülərini incələyən polis əməkdaşları cinayətkarların izinə düşüblər. Bir neçə saatdan sonra isə şübhəli şəxslər həbs edilib.