İstanbulda güclü külək səbəbindən martın 25-ə olan bütün dəniz reysləri təxirə salınıb.
Trend Türkiyənin Dəniz Nəqliyyatı İdarəsinin məlumatına istinadən bu barədə xəbər verir.
Həmin tarix üçün olan reyslərin hansı günə keçirilməsi barədə informasiya, hələ ki, yoxdur. Güclü küləyin İstanbulda martın 26-dək davam edəcəyi proqnozlaşdırılır.