Bir neçə gün əvvəl İstanbulda bir avtobus dayanacağında içində 25 min manat olan paketi tapan Hanife Önder mükafatlandırılıb.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, tapdığı paketi polis idarəsinə aparan qadın fotolar çəkərək sosial şəbəkələrdə paylaşıb, pulun sahibini tapmağa çalışmışdı.
Eyüp Bələdiyyə sədri Remzi Aydın Hanife Önderi ziyarət edərək bu davranışına görə təşəkkür edib. Eyni zamanda, qadın pul mükafatına layiq görülüb.
Aktual.az
Xəbər 484 dəfə oxunub.