Cari il Türkiyənin İstanbul şəhəri üçün turizm baxımından düşərli olmayıb.
Ardıcılıqla bir neçə terror aktları bu tarixi şəhərə gələnlərin sayını kəskin azaldıb.
Aktual.az-ın məlumatına görə, Fins.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 8 ayın hesabatına əsasən, İstanbula 6,3 milyon turist gəlib. Bu isə ötən ilin müvafiq dövründə 8,1 milyon təşkil edirdi.
İtaliyadan gələn turist axını 57%, İspaniya və Yaponiyadan 52%, Rusiyadan 47%, Çindən 49% və Almaniyadan isə 19% olub.
Yerli mehmanxana sahibləri də turistlərin yoxluğundan dərin böhran keçirdiklərini bildiriblər.