İstanbul terrorunu törədən canlı bomba bu ölkədən gəlib

İstanbul terrorunu törədən canlı bomba bu ölkədən gəlib
  • DÜNYA

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda "Beşiktaş” stadionunun qarşısında törədilmiş partlayışdakı canlı bomba ilə bağlı yeni məlumat əldə etdiklərini bildirib.

"Qafqazinfo” "Hurriyet”ə istinadən xəbər verir ki, XİN rəhbəri canlı bombanın Suriyadan gəldiyini bildirib.

"Bu barədə ABŞ dövlət katibi Con Kerriyə də məlumat vermişəm”, - deyə M. Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, dekabrın 10-da "Beşiktaş” stadionunun qarşısında törədilmiş terror aktlarının nəticəsində 44 nəfər həlak olub, 155 nəfər yaralanıb. 
 
Aktual.az
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR