Sıx dumanla əlaqədar olaraq İstanbul Boğazı bağlanıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, məlumatı İstanbul Liman İdarəsi yayıb. Məlumata görə, boğazda gəmilərin hər iki istiqamətdə hərəkəti Türkiyə saatı ilə 12:58-də təxirə salınıb.
Boğazda gəmilərin hərəkətinin nə zaman bərpa edilməsi hava şəraitindən asılı olacaq.