Rusiyaya gedən gəmidə yaranmış nasazlıq səbəbindən istanbul boğazı hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, Bandırma limanından Rusiyaya gedən 98 metrlik yük gəmisinin mühərriki sıradan çıxıb.
Hadisə Umuryeri bölgəsində, Qara dənizə çıxış zonasından 8 km məsafədə baş verib. Sahil Mühafizə Xidməti gəminin çıxarılması üçün kater və yedək gəmiləri göndərib. Gəmi tranzit marşrutundan çıxarıldıqdan sonra boğazda hərəkət bərpa olunacaq.
Xəbər 54 dəfə oxunub.