Türkiyənin İstanbul şəhərində qeydə alınan əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, yanvarın 7-nə planlaşdırılan İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb.
Aktual.az xəbər verir ki, bu barədə Trend "Türk Hava Yolları"na istinadən məlumat verir.
Təyyarə yerli vaxtla yanvarın 7-si saat 16:05-də İstanbuldan havaya qalxmalı, Azərbaycan paytaxtından İstanbula isə Bakı vaxtı ilə saat 20:55-də uçmalı idi.
Ümumilikdə İstanbul aeroportlarında THY-nin 7-8 yanvar tarixinə ləğv edilən daxili və beynəlxalq reyslərinin sayı 192-yə çatıb.
Qeyd edək ki, Türkiyə Meteoroloji Xidməti ölkənin qərbində hava şəraitinin kəskin pisləşməsi və güclü qar yağması barədə xəbərdarlıq etmişdi.
Aktual.az