İstanbul-Bakı reysi təxirə salınıb

İstanbul-Bakı reysi təxirə salınıb

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 16-a təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə aviaşirkətin saytında yerləşdirilmiş məlumatda bildirilib.

Xatırladaq ki, təyyarə yerli vaxtla saat 08:15-də İstanbuldan uçmalı idi. Müvafiq olaraq Bakıdan olan, yerli vaxtla 14:35-ə təyin edilmiş geri reysi də təxirə salınıb.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.

Xəbər 657 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR