İstanbul-Bakı aviareysi əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet" qəzeti xəbər verib.
Məlumata əsasən, Türkiyədə bu gün ümumilikdə 31 aviareys təxirə salınıb.
Qəzetin məlumatına əsasən, təxirə salınan aviareyslər arasında İstanbul-Brüssel, İstanbul- Batumi, İstanbul-Budapeşt və İstanbul-Napoli reysləri də var.