Türkiyənin nüfuzlu İstanbul Aydın Universiteti daha bir örnək addımı ilə ictimaiyyətin diqqət mərkəzinə gəlib. Editor.az xəbər verir ki, universitetin Mütəvəlli heyət Başkanlığının qərarı ilə bundan sonra Türkiyə uğrunda şəhidlik zirvəsinə yüksələn bütün Silahlı Qüvvələr və hüquq-mühafizə orqanlarının əməkdaşlarının övladları İstanbul Aydın Universitetində tam ödənişsiz təhsil ala biləcəklər.
Universitetin verdiyi bu qərar sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb və dər kəs universitetə qərara görə təşəkkür edib: "Sözdə deyil, əməldə vətənpərvərlik budur".
/ Aktual.az