Yerli vaxtla bu gün səhər saat 8:40-da episentri Yalovada olan 4,4 bal zəlzələ İstanbulda da hiss olunub.
Aktual.az teleqraf.com-a istinadən bildirir ki, zəlzələ şəhərdə təşviş yaradıb.
Bundan 10 dəqiqə öncə isə Mərmərə dənizində daha bir zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü 3 bal olub.