İstanbul - Ankara reysləri bərpa edildi

İstanbul - Ankara reysləri bərpa edildi

Fətullahçı Terror Təşkilatının (FETO) dövlət çevrilişi cəhdi səbəbi ilə "Azərbaycan Hava Yolları" QSC-nin iyulun 16-da ləğv edilən İstanbul və Ankara şəhərlərinə yerinə yetirilən reysləri bərpa olunub.

Aktual.az  bildirir ki, AZAL-dan report-a verilən məlumata görə, şirkət Ankaraya həftənin 2-ci və 7-ci günlərindən başqa, 1-3-4-6-cı günləri 09:10-da, 5-ci gün isə saat 16:15-də olmaqla uçuşlar təşkil edir. İstanbula olan uçuşlar isə hər gün saat 08:45, 16:35 və 19:15 saatlarında reallaşdırılır. Şirkət bu istiqamətlər üzrə aviareysləri "B 767/845", "B 1915/767", "A 1635/319" nömrəli təyyarələrlə həyata keçirir. AZALJET reyslərinə bir istiqamət üzrə biletin qiyməti 49 avrodan başlayır. Hər iki istiqamət üzrə isə biletlərin qiyməti 98 avro təşkil edir.
"Türk Hava Yolları"nın (THY) Bakı ofisindən isə report-a bildirilib ki, İstanbul istiqaməti üzrə şirkət uçuşları əvvəlki qaydada davam etdirir.
Eyni zamanda THY-nın "TK 003" nömrəli təyyarə ilə təşkil olunan İstanbul-Nyu-york aviareysi də bugündən bərpa olunub.
Qeyd edək ki, ABŞ-ın Federal Aviasiya Federasiyası (FAF), iyulun 16-da ölkənin hava yolu şirkətlərinin İstanbula və ya İstanbuldan ABŞ-a gələcək hər hansı bir hava yolu şirkətinin eniş etməsinə qadağa qoymuşdur.

Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR