İştah açan və küsdürən qidalar

İştah açan və küsdürən qidalar

Kilo problemi dövrümüzün ən populyar problemlərindən biri, bəlkə də birincisidir.

Almaniyada aparılan bir araşdırmada bəzi qida məhsullarının iştahı açarkən bəzilərinin isə iştahı azaltdığı ortaya çıxıb.
Aktual.az med.az-a istinadən siyahını təqdim edir:

Beləliklə iştah açan qida məhsulları aşağıdakılardır:

• Duz - çünki duzlu bir qidadan sonra ürəyiniz şirin qida istəyə bilər ki, bunun da səbəbi qan şəkərindəki dəyişiklikdir.
• Acı bibər - acı bibər yeyərkən insan doyduğunu hiss etmir.
• Kartof, kök və qarğıdalı - qlikemik göstəricisi ən yüksək qida məhsullarındandırlar.
• Noxud - Mədəni təmizləyir, iştahı açır.

İnsanı tox saxlayan qidalar:

• Balıq - tərkibində yüksək miqdarda yod olan balıq aclıq duyğusunu əngəlləyir.
• Yumurta - zülalla zəngin olan yumurta insanı uzun muddət tox saxlayır.
• Makaron, düyü, alma, badam kimi qida məhsulları da insanı tox saxlayan qidalardır.

Qeyd edək ki, tox saxlayan qidalardan istifadə etdikdə daha az yemək yeyirsiniz və nəticə olaraq çəkiniz azalır

Xəbər 936 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR