İşsizlik müavinəti 20 manat artırıldı

İşsizlik müavinəti 20 manat artırıldı

Nazirlər Kabineti "İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.

Aktual.az APA-ya istinadən bildirir ki, dəyişikliyə əsasən, işsizlik müavinətinin və yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğləri artırılıb.

İndiyə qədər işsizlik müavinətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarının göndərişi ilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləği 55 manat miqdarında olub.

Dəyişikliyə əsasən, hər iki məbləğ 75 manat müəyyənləşdirilib.

Xəbər 549 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR