Ukraynanın NATO-ya qoşulması sülhə nail olmağı mümkünsüz edəcək.
Aktual.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
"Bizim üçün bu, Ukrayna münaqişəsi ilə bağlı mümkün razılaşmaların əsas elementlərindən biridir. Bu, münaqişənin əsas səbəblərinin aradan qaldırılması ilə bağlı olan elementdir. Ukraynanın NATO-ya üzvlüyünü hər hansı formada istisna edəcək hüquqi təminat axtarmayacağıq, həm də bunun alyansın özünün siyasətinə çevrilməsində israr edəcəyik”, - Qruşko bildirib.
Xəbər 101 dəfə oxunub.