Azərbaycanda olmaqdan məmnunam.
Aktual.az Secki-2015.az-a istinadən xəbər verir ki, bu fikirləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün Bakıya gələn İsrailin Cənubi Qafqaz Araşdırmaları Assosiasiyasının sədri, Hayfa Universitetinin doktorantı, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.
O qeyd edib ki, Azərbaycan hakimiyyəti seçkilərin demokratik keçirilməsində maraqlıdır.
Bəzi dairələrin Azərbaycana qarşı təzyiq cəhdləri ilə bağlı fikirlərini bölüşən ekspert söyləyib ki, bu, Azərbaycanın doğru yolda olduğunu göstərir: "Azərbaycan demokratiya yolunda addımlayır. Ölkənizdəki inkişafı görməzdən gələ bilmərik".
Ölkəmizə səfəri ilə bağlı danışan A.Qut söyləyib ki, o, Azərbaycana İsrailin 8 il ABŞ-da "Yəhudi Komitəsi"nin mətbuat xidmətinin rəhbəri işləmiş Ceyns Kətslə birgə gəlib: "Biz bir neçə görüşlər keçirmişik. Bu gün Multikulturalizm Mərkəzində olduq. Seçkiləri izləmək üçün İsrailin "Birinci radiou"sunun rəhbəri Vlad Zirnidski də Bakıya gələcək".