İsrailin Qarabağla bağlı mövqeyi... – Səfir

İsrailin Qarabağla bağlı mövqeyi... – Səfir

İsrailin Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Qarabağla bağlı mövqeyi 2020-ci ildəki müharibədən əvvəl necə idisə, ondan sonra da elədir.
Aktual.az xəbər verir ki, bunu APA-ya müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
O qeyd edib ki, İsrail bununla bağlı mövqeyini hər zaman çox açıq səsləndirən ölkələrdən biri olub:
"İnanırıq ki, bu cür dostluq və dürüstlük çətin anlarda sınanır və biz həmişə, ən çətin anlarda bir-birimizin yanında olmuşuq. Biz Azərbaycanı Qarabağı tam şəkildə azad etdiyinə görə təbrik edirik. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun hər bir bölgəsində olmuşam. Bu, mənim həmişə xoş xatırlayacağım bir şeydir. Həm də təəssüflə bildirməliyəm ki, orada xarabalıqların və dağıntıların səviyyəsinə şahid olduq.
İsrail həmişə deyib, elə indi də təkrar edirəm: Ölkəm azad edilmiş ərazilərin bərpası, reabilitasiya, sosial və ya iqtisadi layihələr baxımından Azərbaycanla əməkdaşlığa həmişə hazırdır. Məsələn, Zəngilanın Ağalı kəndində kənd təsərrüfatı sahəsində əməkdaşlıq etdik ki, ora qayıdan insanları təkcə məhsulla deyil, həm də işlə təmin edək. Bilirəm ki, İsrail şirkətləri Ağdamda, Zəngilanda və başqa yerlərdə müxtəlif sahələr üzrə müxtəlif layihələrdə iştirak edir”.
Xəbər 113 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR