İsrailin müdafiə naziri Moşe Yaalon istefa verib.
Bu barədə AzVision.az "Haaretz"ə istinadən xəbər verir.
İstefa verən Yaalon hökumət və siyasətdən getdiyini bəyan edib.
O, bildirib ki, hökumət koalisiyasının genişləndirilməsi fonunda Binyamin Netanyahuya etibar etmir və siyasi həyatdan uzaqlaşmaq qərarı verib.