İsraili İrandan həmişə qoruya bilmərik - ABŞ

İsraili İrandan həmişə qoruya bilmərik - ABŞ
  • DÜNYA

ABŞ administrasiyası İsrail rəhbərliyinə çatdırıb ki, aviadaşıyıcıları İranın hərəkətlərini izləmək üçün həmişə bölgədə ola bilməyəcək.
Aktual.az xəbər verir ki, bu barədə İsrailin 13-cü kanalı məlumat yayıb.
"İranın hücumu və regionda genişmiqyaslı müharibə riski ilə bağlı ABŞ bəyan edib ki, müəyyən mərhələdə eskalasiya dərəcəsi azaldılmalıdır, çünki aviadaşıyıcılar bölgə əbədi qala bilməyəcəklər”, - məlumatda qeyd olunub.
Kanalın məlumatına görə, ABŞ həmçinin İsrailin müdafiə naziri Yoav Qallantın Baş nazir Benyamin Netanyahu ilə münaqişəsinə baxmayaraq, vəzifədən azad edilməsinə də qarşı olduğunu bildirib.
Xəbər 212 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR