İsrailə hücum: BMT əməkdaşları işdən qovuldu

İsrailə hücum: BMT əməkdaşları işdən qovuldu
  • DÜNYA

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin 19 əməkdaşının 2023-cü ilin oktyabrında İsrailə qarşı hücumda əli ola biləcəyi ilə bağlı iddiaların ardınca BMT araşdırmaya başlayıb.
Aktual.az xəbər verir ki, bu barədə "Kommersant” məlumat yayıb.
Məlumata görə, araşdırma onların doqquzunun həqiqətən də HƏMAS hücumunda əli ola biləcəyini müəyyən edib.
BMT-nin nümayəndəsi Farhan Haq bildirib ki, həmin şəxslər işdən çıxarılacaq:
"Qərara gəldim ki, bu doqquz əməkdaş Agentlikdə işləyə bilməz. Onların müqavilələrinə agentliyin maraqları naminə xitam veriləcək”.
Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR