İsraildə yoluxanların sayı 16 600-ü ötdü

İsraildə yoluxanların sayı 16 600-ü ötdü

İsraildə koronavirusa yoluxanların sayı 16 606 nəfərə çatıb.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Son sutkada ölkədə 17 yeni yoluxma, 1 ölüm hadisəsi qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 267-yə çatıb. İndiyədək 12 820 pasiyent sağalıb.
İsraildə hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.
Xəbər 634 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR