İsrail və ABŞ havadan müdafiə və raket əleyhinə qüvvələrinin birgə irimiqyaslı təlimlərinə start verir.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təlimlərə minlərlə hərbçi cəlb edilib.
2001-ci ildən İsraildə keçirilən "Ardıc kobrası” şərti adı altında təlimlər sayca doqquzuncu dəfə baş tutacaq. Hərbçilər iddia edir ki, təlimlər planlı xarakter daşıyır və hər-hansı konkret geosiyasi hadisələrlə əlaqəsi yoxdur.
Təlimlərə 2 500-dən çox amerikalı, 2 000 israilli hərbçi cəlb edilib.
Aktual.az Xəbər 589 dəfə oxunub.