İsrail və Rusiya bir-birinin Suriyadakı xüsusi maraqlarına hörmətlə yanaşır.
Aktual.az Axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İsrailin baş naziri Benyamin Netanyahu söyləyib. Onun sözlərinə görə, hər iki dövlət bundan sonra Suriyada öz fəaliyyətlərinin koordinasiyasını davam etdirəcək:
"Biz Rusiya prezidenti Vladimir Putinlə dekonfliktizasiya, yəni, bir-birimizə atəş açmamaq haqqında razılaşmışıq. Biz bunun mexanizmini yaratmışıq və həmin mexanizm işləyir".