“Bizim mövqeyimiz budur”.
Bizim həlli uzun müddət uzanan çətin münaqişələrlə bağlı təcrübəmiz var.
Aktual.az xəbər verir ki, bunu APA-ya müsahibəsində İsrailin Azərbaycandakı səfir Dan Stav deyib.
O bildirib ki, beynəlxalq ictimaiyyət münaqişənin həllinə əlverişli atmosfer yaratmaq üçün konstruktiv rol oynaya bilər:
“Bu gün biz deyə bilmərik ki, ərəblər və ya İsrail, yaxud Azərbaycan və Ermənistan təcrid olunmuş dünyada yaşayır. Onlar beynəlxalq ictimaiyyətin bir hissəsidir. Həqiqətən də burada və bizim regionda nə baş verirsə, onun digər regionlara böyük təsiri olur.
Lakin əgər danışılar prosesində irəli getmək, nəticə yönümlü danışılar aparmaq, problemi həll etmək üçün həqiqi istək yoxdursa, beynəlxalq ictimaiyyət tərəflər üçün heç nə edə bilməz".
Səfir münaqişələrin sülh yolu ilə həllini dəstəklədiklərini söyləyib:
“Çünki onun ağır nəticələrini yaxşı başa düşürük. Biz bu itkilərdən əziyyət çəkmişik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar da nəticə yönümlü, xoş niyyətli olmalıdır. Biz düşünürük ki, istənilən siyasi razılaşmada Azərbaycanın ərazi bütövlüyü məsələsi nəzərə alınmalıdır. Bizim mövqeyimiz budur”.