İsrail ordusu yüksək rütbəli zabitlər üçün Android telefonlarını qadağan etmək qərarına gəlib.
Aktual.az xəbər verir ki, bu barədə "Yerusəlim Post” məlumat yayıb.
"Gözlənilən əmrə əsasən, polkovnik-leytenant və ondan yuxarı rütbəli komandirlərə rəsmi rabitə üçün yalnız Ayfon telefonlarından istifadə etməyə icazə veriləcək.
Hesabata görə, bu addım yüksək rütbəli zabitlərin telefonlarına müdaxilə riskini azaltmaq məqsədi daşıyır”, - məlumatda bildirilib.
Xəbər 32 dəfə oxunub.