İsrail Livanda Hizbullah obyektlərinə hücum etdi

İsrail Livanda Hizbullah obyektlərinə hücum etdi
  • DÜNYA

İsrail ordusu bu gün Livanın cənubunda yerləşən Hizbullah silah anbarına və yeraltı infrastruktura hava hücumu həyata keçirib.
Aktual.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrai X hesabında məlumat verib.
Sözçü bildirib ki, Hizbullahın Livanın müxtəlif bölgələrində hərbi obyektləri yenidən qurmaq cəhdlərini dayandırmayıb:
"Hədəflənən infrastrukturlar yaşayış sahələrinin yaxınlığında yerləşir və Hizbullah mülki şəxslərdən canlı qalxan kimi istifadə edir. Belə bir infrastrukturun olması İsrail və Livan arasında razılaşmasının pozulması deməkdir.
İsrail ordusu hər hansı təhlükəni aradan qaldırmaq və İsrail dövlətini qorumaq üçün əməliyyatlara davam edəcək”.
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR