İsrail İranın Kosmik Mərkəzini də vurub

İsrail İranın Kosmik Mərkəzini də vurub
  • DÜNYA

İranın ballistik raketlərin istehsal olunduğu və buraxıldığı SEPAH-a məxsus Şahrud Kosmik Mərkəzi ötən həftə İsrailin hücumu nəticəsində zədələnib.
Aktual.az xəbər verir ki, bu barədə "Assoşeyted Press” peyk çəkilişlərinə istinadla məlumat yayıb.
"Planet Labs PBC”dən alınan və təhlil olunan yüksək keyfiyyətli peyk şəkilləri Tehrandan təxminən 370 kilometr şimal-şərqdə, Semnandakı Şahrud Kosmik Mərkəzinin zərər gördüyünü göstərir”, - nəşr bildirib.
Zərbələr nəticəsində Şahrud Kosmik Mərkəzinin mərkəzi binasına, bir neçə qonşu binaya və anqara ziyan dəydiyi bildirilib:
"Onlar İranın İsraili vura biləcəyi orta mənzilli ballistik raketlərin kütləvi istehsalı üçün istifadə olunur. SEPAH son illərdə İran silahlı qüvvələrinin proqramından ayrı olaraq özünün raket istehsalı proqramını hazırlayıb. Mərkəzdən əlavə, İsrail neft emalı və neft-kimya zavodlarını, eləcə də İranın cənubundakı böyük qaz yatağı və limanını qoruyan hava hücumundan müdafiə sistemlərini məhv edib”.
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR