İsrail daha 5 girovun meyitini qaytardı

İsrail daha 5 girovun meyitini qaytardı

İsrail Müdafiə Qüvvələri 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının hücumu zamanı həlak olan 4 əsgər də daxil olmaqla, beş girovun cəsədini geri qaytarıb.
Aktual.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilib ki, cəsədlər Qəzza zolağının cənubundakı Xan Yunisdə ÇAXAL və Şin Betin birgə əməliyyat zamanı aşkar edilib.
İsrail mediasının məlumatına görə, Qəzza zolağında hələ də 115 israilli girov saxlanılır, onlardan 40-dan çoxunun öldüyü ehtimal edilir. Müxtəlif əməliyyatlar və humanitar səylər nəticəsində diri və ölü 140 girov HƏMAS əsirliyindən azad edilib.
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR