İsrail Qəzzanın bütün ərazisi üzərində hərbi nəzarət qurmaq niyyətindədir.
Aktual.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
"Hərbi addımların məqsədi dəyişməz olaraq qalır - HƏMAS hərəkatının məğlubiyyəti və Qəzzada saxlanılan israilli girovların azad edilməsi. Eyni zamanda, yaxın vaxtlarda İsrail ABŞ-la birlikdə Qəzza sakinlərinin humanitar yardıma çıxışını təmin etmək və onun HƏMAS tərəfdarları tərəfindən oğurlanmasının qarşısını almaq üçün paylama məntəqələri şəbəkəsini yerləşdirəcək”, - o bildirib.
Xəbər 220 dəfə oxunub.