İsrail 33 girovu azad etməyi planlaşdırır

İsrail 33 girovu azad etməyi planlaşdırır
  • DÜNYA

İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatı ilə razılaşmanın birinci mərhələsi çərçivəsində Qəzza zolağından 33 girovun azad edilməsi planı barədə onların ailələrinə məlumat verib.
Aktual.az xəbər verir ki, bu barədə Kan telekanalı məlumat yayıb.
"Bu gün səhər Oğurlanmış Şəxslər üzrə İdarə razılaşmanın birinci mərhələsində azad ediləcək şəxslərin siyahısına daxil edilmiş 33 şəxsin ailələrinə məlumat verib", - teleradio şirkətinin məlumatında deyilir.
Qeyd olunur ki, ailələrə girovların səhhəti barədə məlumat verilməyib.
Məlum olduğu kimi, razılaşmanın 42 gün davam edəcək birinci mərhələsində Qəzza zolağından bütün qadınlar, o cümlədən hərbçilər, uşaqlar, 50 yaşdan yuxarı kişilər, həmçinin xəstə və yaralı şəxslər azad ediləcək.

Xəbər 91 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR