İspartada "Karabağ hikayeleri”nin təqdimat və
imzalanması böyük maraqla qarşılanıb.
Türkiyənin İsparta vilayətində millət vəkili Qənirə
Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib etdikləri
"Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və imzalanma mərasimi
olub. "Karabağ hikayeleri”nin təqdimat və imzalanma mərasimində iştirak edən
valilik, bələdiyyə rəsmiləri, universitet müəllimləri, ziyalılar və gənclər
kitabın önəmi ilə bağlı fikirlərini bölüşüblər. Türkiyə KİV-lərinin də geniş
iştirak etdiyi tədbirlərdə millət vəkili Qənirə Paşayeva "Karabağ hikayeleri”
kitabını hazırlamaqda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda yaşayan
türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş bilgi vermək
olduğunu bildirib. Ermənistanın mülkü azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən
danışan millət vəkili Q.Paşayeva işğalçı Ermənistanın törətdiyi vandalizmi
dünyanın hər yerində yaşayan qardaş-bacılarımız bütün dünyaya daha geniş
yaymalı, işğalçıların layiq olduğu cavabı alması üçün daha çox çalışmalıdırlar
deyib. Beynəlxalq təşkilatların ikili standartlarından, ədalətsizliklərindən
danışan millət vəkili Qənirə Paşayeva çox təəssüf ki, BMT Təhlükəsizlik Şurası,
AŞPA və digər beynəlxalq təşkilatlar özlərinin qəbul etdiyi qətnamələrin yerinə
yetirilməsi istiqamətində Ermənistana heç bir təzyiq göstərmirlər deyib. Ermənistanın
ön cəbhədə mülkü azərbaycanlılara qarşı həyata keçirdiyi cinayətlərdən, mülkü
insanları hədəfə almaları, qətlə yeitrmələri, yaralamaları, evlərini
dağıtmaları barədə geniş məlumat verən millət vəkili Q. Paşayeva "bu cür insanlıqdan
kənar əməllər, cinayətlər Ermənistanın xislətinə xas addımlardır, amma Azərbaycan
və ordumuz artıq 20 il əvvəlki Azərbaycan və ordu deyil, işğalçılar layiq
olduqları cavabı alacaqlar" deyib. "Qarabağ problemi harada doğulub harada
yaşamasından asılı olmayaraq hər bir türk insanının problemidir" deyən millət vəkili Qənirə Paşayeva türk gənclərini
Qarabağ həqiqətlərini daha geniş öyrənməyə çağırıb və dünyanın hər yerində
yaşayan insanlarımızın bu həqiqətlərin dünyaya daha geniş yayılmasında fəallıqlarının
artmasının vacibliyini vurğulayıb. Kitabda yer alan bir-birindən dəyərli hekayələrin,
Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və Türk dünyasında, sonra da
bütün dünyada əks etdirəcəyinə ümid edirik deyən millət vəkili Q.Paşayeva
tanıtım və imzalanma mərasiminə qatılanların Qarabağ mövzusu ilə bağlı
suallarını da cavablandırıb. Qeyd edək ki, "Karabağ hikayeleri” kitabı
iyirminci yüzildə dünyanın gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən
qanlı, ən ağır soyqırıma, qətliamlara məruz qalan, minillik ata yurdlarından
didərgin salınan Azərbaycan türklərinin ağrı-acılarını əks etdirir.