İspaniyanın "Sevilya" klubunun futbolçusu Serxio Ramosun evi qarət olunub.
Aktual.az ABC nəşrinə istinadən xəbər verir ki, hadisə sentyabrın 20-də "Lans"a qarşı Çempionlar Liqasının qrup mərhələsinin I turunun oyunu zamanı baş verib.
Həmin vaxt evdə 37 yaşlı müdafiəçinin dörd övladı və iki müəllimi olub. Onlar hadisə zamanı xəsarət almayıblar.
Qeyd edək ki, Serxio Ramos 18 ildən sonra "Sevilya"ya qayıdıb. O, İspaniyada "Real", Fransada isə PSJ klublarının da formasını geyinib.
Xəbər 210 dəfə oxunub.