İspaniya futbolunda qeyri-adi hadisə baş verib.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, böyük hesabla qalib gələn komanda baş məşqçisini qovub.
Gənc liqasında mübarizə aparan "Serranos" komandası "Benikalap" üzərində nə az, nə çox, düz 25:0 hesablı qələbə qazanıb. Lakin komandanın baş məşqçisi buna sevinə bilməyib. Çünki rəhbərlik onu məhz belə hesaba görə qovub.
Klub rəsmisi Pablo Alkayde bunun idmana yaraşmayan hesab olduğu üçün belə addım atdıqlarını söyləyib: "Rəqiblərə hörmət etmək lazımdı. Qeydə alınan hesabın ardından baş məşqçinin ayrılmasını qərara aldıq. O, vəziyyəti nəzarətdə saxlaya bilmədi".
Baş məşqçinin vəkili isə onun futbolçularına "irəlidə pressinq tətbiq etməyin, yalnız rəqib qapımız qarşısına yaxınlaşanda təzyiq edin" kimi tapşırıq verdiyini, lakin rəqibin sol cinahında yaranan boşluğun hesabın vəziyyətin bu həddə çatmasına şərait yaratdığını bildirib.
Maraqlıdı ki, İspaniyanın gənclər liqasında böyük hesablı qalibiyyətlər qeydə alınsa da, komandalar fərqi 10-a çatdırdıqda daha çox qol vurmamaq tapşırığı alırlar. "Benikalap" isə geridə qalan 30 oyunda qapısında 247 qol görüb və aktivinə hələ də xal yazdırmayıb.
Aktual.az
Xəbər 483 dəfə oxunub.