İspaniya İran səfirini XİN-ə çağırdı

İspaniya İran səfirini XİN-ə çağırdı
  • DÜNYA

İspaniya İranın Madriddəki səfiri Rza Zəbibi Xarici İşlər Nazirliyinə çağıraraq İranda etirazçıların öldürülməsini pisləyib. 
Aktual.az xəbər verir ki, bu haqda İspaniyanın XİN başçısı Xose Manuel Albares bu ölkənin radiosuna verdiyi müsahibədə deyib. 
"İranlı qadın və kişilərin dinc etiraz və ifadə azadlığı hüquqlarına hörmət edilməli və özbaşına həbslərə son qoyulmalıdır”, - o əlavə edib. 
Qeyd edək ki, 28 dekabr 2025-ci ildən İranda milli valyutanın kəskin ucuzlaşması və iqtisadi vəziyyətin çətinləşməsinə görə kütləvi aksiyalar keçirilir. Aksiyalar iğtişaşlarla və toqquşmalarla müşayiət olunur və indiyə qədər minlərlə aksiyaçının qətlə yetirildiyi haqda məlumatlar var.
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR