Türkiyə üçün təhlükəsizliyin təminatı əsas prioritetlərdəndir.
Türkiyənin Silahlı Qüvvələri müharibəyə tam hazırdır.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsmət Yılmaz deyib.
“Hazırda ölkənin silahlı qüvvələri əvvəlkindən daha güclüdür və istənilən an xaricdən gələn təhlükənin qarşısını ala bilər”, - nazir deyib.
“İslam dövləti” terror təşkilatı Türkiyə və qonşu ölkələr üçün ciddi təhlükədir”, - Yılmaz bildirib.
“Türkiyə əvvəlki kimi ölkədə terror təhlükəsinin tamamilə aradan götürülənə qədər mübarizə aparacaq”, - nazir bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyə üçün təhlükəsizliyin təminatı əsas priroitetlərdəndir. “Türkiyə müdafiə sənayesini gücləndirir”, - Yılmaz bidirib.