İsmayıllıda "KamAz"la "Qazel" 80 qoyunu vurub öldürdü

İsmayıllıda

İsmayıllı rayonu ərazisində yük avtomobilləri xırda buynuzlu heyvan sürüsünə çırpılıb, 80-dən çox qoyun tələf olub.

Aktual.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün 07.30 radələrində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 12-ci kilometrliyində, İsmayıllı rayonunun Hapıtlı kəndi ərazisndən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 10-OD-285 dövlət nömrə nişanlı “KamAz” markalı yük maşını və 99-FS-470 dövlət nömrə nişanlı “Qazel” markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olarkən qışlaqdan yaylağa köç edən minlərlə baş qoyunun olduğu sürüyə çırpılıb. Nəticədə, azı 80 baş xırda buynuzlu heyvan tələf olub.

Hadisə yerinə yol polisi, baytarlıq idarəsinin əməkdaşları cəlb olunub.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR