Son günlər Azərbaycanın bəzi rayonlarına aramsız yağan yağışlar fəsadlara yol açıb.
Aktual.az Trend-ə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunda yağan yağışlar səbəbindən yaşayış evlərinə və həyətyanı sahələrə suyun dolması barədə məlumat daxil olub. Dərhal FHN-in Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və suçəkmə işləri aparılması təmin edilib.
Əməliyyat saat 22:30-da başa çatıb.