Fövqəladə Hallar Nazirliyi İsmayıllıda 7 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məlumat yayıb.
Aktual.az FHN-nə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonunda "Toyota” və "Opel” markalı iki minik avtomobili toqquşub. Nəticədə "Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölüb, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.
Aktual.az
Xəbər 722 dəfə oxunub.