Bakı-Şamaxı-Yevlax avtomobil yolunda iki nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində yolun 185-ci kilometrliyində, İsmayıllı rayonunun Qubanxəlilli kəndi ərazisində qeydə alınıb.
Goranboy rayon sakininə məxsus “Nissan” X-TRAİL” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və onun yeznəsinin ağır xəsarət aldığı, sürücünün həyat yoldaşı və bacısının isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişdiyi bildirilir. Hazırda xəsarət alanların və ölənlərin adları dəqiqləşdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.