60 saylı Salyan-Neftçala Seçki Dairəsindən deputatlığa namizəd İsmayil Agayev seçicilərlə görüşlərini davam etdirir.
O, Neftçalanın Surra və Salyanın Qaraqaşlı kəndindində seçicilərlə növbəti görüşünü keçirib. Namizədin vəkili, pedaqoq Gülayə Tağıyeva namizədin ictimai – siyasi fəaliyyəti haqda seçiciləri məlumatlandırıb. İsmayıl Ağayev də öz növbəsində seçki platformasını seçicilərin diqqətinə çatdırıb. Daha sonra o, seçicilərin problemlərini dinləyib, onları maraqlandıran məsələlərlə bağlı sualları cavablandırıb. Görüşdə iştirak edən Surra və Qaraqaşlı kənd sakinləri 1 noyabr parlament seçkilərində hamılıqla İsmayıl Ağayevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.