İslandiya əhalisinin 1/4 hissəsi dünya çempionatına gələcək

İslandiya əhalisinin 1/4 hissəsi dünya çempionatına gələcək

İslandiya əhalisinin 20 faizi ölkələrinin futbol üzrə milli komandasını 2018-ci il dünya çempionatında dəstəkləmək üçün Rusiyaya gələcək.

Aktual.az goal.az-a istinadən xəbər verir ki, bu barədə TASS-a İslandiya Futbol Assosiasiyasının prezidenti Qundi Berqsson açıqlama verib. O, deyib ki, ölkəsi üçün ayrılan biletlərin 80 faizi satılıb: "İslandiya millisinin dünya çempionatındakı azarkeşləri Avropa çempionatındakından az olmayacaq. Ölkə əhalisinin 20 faizə yaxını mundiala gələcək. Bəziləri hətta bir oyun üçün məzuniyyətlərini Rusiyada keçirməyi planlaşdırırlar. Bu, çox gözəldir. Əminəm ki, Rusiyaya gedənlər oranın təbiətindən maksimum zövq alacaqlar və yerli əhalinin qonaqpərvərliyini görəcəklər".
 İslandiya əhalisinin sayı 330 min nəfərdir. Dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. İslandiyalılar Argentina, Xorvatiya və Nigeriya yığmaları ilə birgə D qrupunda yer alıblar.

Xəbər 515 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR