İslamiadanın açılış və bağlanışında 4 min tələbə könüllü çalışacaq

İslamiadanın açılış və bağlanışında 4 min tələbə könüllü çalışacaq

Bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının yalnız açılış və bağlanış mərasimlərində ali və orta ixtisas təhsili müəssisələrinin 4 min tələbəsi könüllü kimi iştirak edəcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda həmin tələbələr üçün təlimlər keçirilir: "İnanırıq ki, tələbə könüllülər bu oyunlarda da özlərini layiqli səviyyədə təmsil edəcəklər. Təhsil Nazirliyi könüllülərin təşkilatlanmasını həyata keçirib. Bununla bağlı tələbə könüllülərinin 2 forumu keçirilib, "Bir" adında Tələbə Könüllülər Təşkilatı yaradılıb. Onun vasitəsilə mötəbər yarışlarda, onların açılış və bağlanış mərasimlərində, müvafiq köməkçi sahələrdə ali və orta ixtisas məktəblərinin tələblərindən seçilmiş könüllülər aktiv iştirak edirlər".

Nazir müavini hesab edir ki, I Avropa Oyunlarında da tələbə könüllülərin fəaliyyəti çox yüksək qiymətləndirilib.
 
Aktual.az 
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR